"Bir neçə mövqeyimizi gücləndirsək, "Qarabağ"ın öhdəsindən gələ bilərik" - "Partizani"nin prezidenti

12:05 - 21 İyun 2019

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a rəqib olan Albaniyanın "Partizani" klubunun prezidenti Qazmend Dema püşkü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, yerli "Report" kanalına danışan klub rəhbəri komandasına inandığını deyib:

 

"Qarabağ" bizdən təcrübəlidir. Yaxşı komandadır və uzun illərdir ki, Azərbaycan çempionu olurlar. Onlar ÇL-in qrupunda da çıxış edib. Püşkdə arzu etdiyim xüsusi komanda yox idi. Komandamıza inanıram. Bir neçə mövqemizi gücləndirsək, bu işin öhdəsindən gələ bilərik".

 

"Partizani" - "Qarabağ" oyunu iyulun 9-u baş tutacaq. Cavab oyunu bir həftə sonra Bakıda reallaşacaq.

Xəbər xətti