UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Albaniyanın "Partizani" klubu ciddi itkiylə üzləşib.
Sportal.az supersport.al-a istinadən xəbər verir ki, Tirana təmsilçisinin aparıcı üzvü Yurgen Bardi ilk qarşılaşmanı buraxacaq.
21 yaşlı albaniyalı hücumçu iyulun 10-da keçiriləcək ilk oyuna yetişməyəcək. Komandanın italiyalı baş məşqçisi Bardinin əvəzinə "9 nömrə" rolunda 24 yaşlı qanalı forvard Emmanuel Mensahı sınamağə düşünür.
Cütün ilk oyunu iyulun 10-u, Bakı vaxtı ilə 19:30-da Tiranadakı "Selman Stermazi" stadionunda baş tutacaq. Komandaların cavab oyunu bir həftə sonra Bakıda yerləşən "Dalğa Arena" stadionunda reallaşacaq. Oyunun start fiti 21:00-da səslənəcək.
saytlarin hazirlanmasi