"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubu ilə görüşəcək.
Sportal.az xəbər verir ki, UEFA-nın saytı bəzi faktları hazırlayıb:
- "Qarabağ" ötən mövsüm ÇL-də ALbaniyanın "Kukesi" klubunu mübarizədən kənarlaşdırıb.
- "Partizani" ilk dəfə avrokuboklarda Azərbaycan klubu ilə qarşılaşacaq.
- "Qarabağ" 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib.
- "Partizani" avrokuboklarda keçirdiyi son 15 ev oyununda qalib gəlmir (10 məğlubiyyət, 5 heç-heçə).
- Cütün qalibi II təsnifat mərhələsində "Dandolk" - "Riqa" cütünün qalibi ilə üz-üzə gələcək.
- Məğlub komanda Avropa Liqasının II təsnifat mərhələsində "Şerif" - "Saburtalo" cütündə uduzan klubla qarşılaşacaq.
Cütün ilk oyunu iyulun 10-u, Bakı vaxtı ilə 19:30-da Tiranadakı "Selman Stermazi" stadionunda baş tutacaq. Komandaların cavab oyunu bir həftə sonra Bakıda yerləşən "Dalğa Arena" stadionunda reallaşacaq. Oyunun start fiti 21:00-da səslənəcək.
saytlarin hazirlanmasi