Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"la heç-heçə edən (0:0) "Partizani"nin prezidenti Qazmend Demi fikirlərini bölüşüb.
Sportal.az "Panorama Sports"a istinadən xəbər verir ki, klub rəhbəri nəticəni yaxşı hesab edib:
"Gözəl oyun oldu, rəqib güclü komandadır. Şanslarımız var idi, ancaq alınmadı. Yaxşı nəticədir. Bu hesabla əmsalımızı artırırıq. Hər şey açıq qalıb. Oyunda möhtəşəm bir şey olmadı. "Ferensvaroş"la oyun yadınızda qalıb? Onlar burda qol vurmuşdu, biz də səfərdə. Baş məşqçimiz barədə danışmaq hələ tezdir. Ancaq problem yox idi".
saytlarin hazirlanmasi