"Partizani"nin yarımmüdafiəçisi Bruno Teluşi Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi açıqlama verib.
Sportal.az newsport.al-a istinadən xəbər verir ki, 28 yaşlı albaniyalı futbolçu cavab matçında özlərinə inandıqlarını deyib:
"Cavab görüşündə hücum oyununu düzəltməliyik. İlk matçdakı kimi oynasaq, hücum xəttini daha yaxşı hala gətirsək, hər şeyin uğurlu olacağına inanıram. Topa da nəzarət etməliyik. Azərbaycana daha güclü "Partizani" gedir. Özümüzə güvənirik, mərhələ adlaya bilərik. Tirandakı oyunda hər kəs gördü ki, sərt və güclü komandayıq, buna görə də inamımız var. Penaltilər seriyası? Onlar üçün də çalışmışıq, amma məsələni 90 dəqiqə ərzində çözmək daha yaxşı olar".
Cütün ilk oyununda qolsuz heç-heçə qeydə alınıb. Komandaların cavab Bakıda yerləşən "Dalğa Arena"da reallaşacaq. Oyunun start fiti 21:00-da səslənəcək.
saytlarin hazirlanmasi