Fazil Pərvərov - 50

11:07 - 26 Avqust 2019

Fazil Pərvərov 1969-cu ilin 25 avqustunda Gəncədə anadan olub. Ötən gün 50-ci doğum gününü qeyd edən veteran futbolçu Gəncənin "Kəpəz" komandasındakı çıxışı ilə tanınıb.

 

Bu münasibətlə keçmiş hücumçu ilə əlaqə saxladıq, təbrik etdik, vəziyyəti ilə maraqlandıq. Hazırda Gəncədə yaşayan Pərvərov işsizdir. O, futbolda çalışmaq istədiyini söylədi. Ancaq iş olmadığı üçün günlərini yola verməklə məşğuldur. Sabiq futbolçu ən böyük arzusunun Azərbaycan və Gəncə futbolunun yüksəklərə qalxmasının olduğunu deyib.

 

Pərvərov 1995/1996 mövsümündə vurduğu 23 qolla Rövşən Əhmədovla birgə  Azərbaycan çempionatının bombardiri olub. O, "Kəpəz"in heyətində üç dəfə (1994/95, 1997/98, 1998/99) Azərbaycan çempionu olub, iki dəfə (1993/94, 1997/98) ölkə kubokunu qazanıb.

 

"Kəpəz", "Xəzri" (Buzovna), "Viləş", "Şəmkir" klublarında çıxış etmiş veteran hücumçu 241 oyuna 89 qol vurub. Fazil Pərvərov Azərbaycan milli komandasında oynamayıb.

Xəbər xətti