"Neftçi"nin sabiq futbolçusundan möhtəşəm qol, "Trabzonspor" qalib gəldi - VİDEO

10:14 - 7 Oktyabr 2019

Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Trabzonspor" səfərdə "Rizəspor"a 2:1 hesabı ilə qalib gəlib.

 

Meydan sahiblərinin heyətində "Neftçi"nin sabiq futbolçusu Dario Melnyak möhtəşəm qola imza atıb.

 

"Trabzonspor" 12 xalla 3-cü, "Rizəspor" 8 xalla 14-cü sırada qərarlaşıb.

 

"Rizəspor" - "Trabzonspor" - 1:2

Qollar: Dario Melnyak, 23 - Aleksander Sörlot, 73, Antonio Nvakaeme, 90

 

Xəbər xətti