UEFA Türkiyəyə qarşı intizam işi açdı

17:22 - 15 Oktyabr 2019

UEFA Türkiyə millisinə qarşı intizam işi açıb.

 

Sportal.az "NTV Spor"a istinadən xəbər verir ki, buna səbəb yığma üzvlərinin AÇ-2020-nin seçmə mərhələsində Albaniya və Fransa ilə oyunlarda qol sevincini əsgər salamı ilə qeyd etməsi olub.

 

Qurum Türkiyə Futbol Federasiyasından izahat tələb edib.

 

Futbolçular Türkiyə ordusunun Suriyada keçirdiyi "Pınar hərəkatı"na dəstək olduqları üçün əsgər salamı verib.

Xəbər xətti