“Kəpəz”in bazasında məşqçilərlə görüş keçirilib.
Sportal.az xəbər verir ki, görüşdə AFFA tərəfindən Gəncə futboluna kurator təyin olunan İsgəndər Cavadov, klubun icraçı direktoru İlqar Nadiri, əsas komandanın, eləcə də aşağı yaş qrupları üzrə kollektivlərin məşqçiləri iştirak edib.
Görüşdə uşaq futbolunun vəziyyətindən danışılıb. Bu mövsümdən fəaliyyəti bərpa olunan U-15 və U-17, həmçinin digər yaş qruplarının ölkə birinciliklərində çıxışları müzakirə olunub. Yaxınlarda istifadəyə veriləcək süni örtüklü meydançanın komandaların məşq etməklə bağlı yer problemini aradan qaldıracağı vurğulanıb. Məşqçilərin istək və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.
saytlarin hazirlanmasi