AFFA Qurbanovun cəzasını yüngülləşdirdi

10:55 - 16 Noyabr 2019

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı I Divizion təmsilçisi “Kəpəz”in apellyasiya şikayətinə baxıb.

 

Sportal.az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı apellyasiya şikayətinin təmin edilməsinə qərar verib:

 

“AFFA İntizam Komitəsinin 22 oktyabr 2019-cu il tarixli qərarı ilə 19 oktyabr 2019-cu il, U-17 Liqasının, “Xəzər Lənkəran” – “Kəpəz” matçının 90+4-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Cavid Qurbanovun aqressiv davranışa görə cəzalandırıldığı oyun sayı 4-dən 3-ə endirilsin”.

Xəbər xətti