"Qalatasaray"ın futbolçusu mövsümü başa vurdu

16:33 - 23 Noyabr 2019

“Qalatasaray” ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın müdafiəçisi Kristian Luyindamanın diz bağları qopub. Konqo millisinin heyətində zədələnin 25 yaşlı futbolçu mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. O, tezliklə əməliyyat olunacaq.

 

Luyindama bu mövsüm İstanbul klubunda 15 oyun keçirmişdi.

Xəbər xətti