Pedro Enrike Super Liqada növbəti qolunu vurdu - VİDEO

09:21 - 25 Noyabr 2019

Türkiyə Super Liqasında 12-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, lider "Sivasspor" səfərdə "Kayserispor"u 4:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin yeganə qolunu "Qarabağ"ın sabiq futbolçusu Pedro Ernike vurub. Bu, 29 yaşlı braziliyalı vingerin Super Liqada 4-cü qolu olub.

 

"Sivasspor" 24 xalla yarışın turnir cədvəlinə başçılıq edir. "Trabzonspor"la "Başakşəhər" 22 xalla 2-3-cü yerləri bölüşür. "Fənərbaxça" və "Beşiktaş" isə 21 xalla 4-5-ci yerlərdə qərarlaşıb. 7 xalı olan "Kayserispor" sonuncu - 18-ci sırada qərarlaşıb.

 

Xəbər xətti