Türkiyənin "Qalatasaray" klubu Stiven Nzonzini əsas heyətdən kənarlaşdırıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, buna 30 yaşlı yarımmüdafiəçinin məşqdə intizamsızlıq etməsi səbəb olub.
Fransa millisinin üzvü qərar açıqlandıqdan sonra "Instagram" hesabında "Qalatasaray"ı izləməyi dayandırıb. O, "Qalatasaray"la bağlı bütün fotolarını silib.
"Sarı-qırmızılar" Stiven Nzonzini İtaliyanın "Roma" klubundan bir illik icarəyə götürmüşdü.
saytlarin hazirlanmasi