Türkiyəli məşqçi Bosniya klubunda

10:53 - 17 Dekabr 2019

Türkiyəli məşqçi Ümit Özatın yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Bosniya və Herseqovinada çalışacaq. O, bu ölkənin “Çelik” klubunun baş məşqçisi təyin olunub. Zenitsa təmsilçisi Özatla 1,5 illik müqavilə imzalayıb.

 

Türkiyəli mütəxəssis karyerası ərzində "Ankaragücü", "Manisaspor", "Elazığspor", "Boluspor", "Samsunspor", "Mersin İdmanyurdu", "Gənclərbirliyi", "Giresunspor" və "Adana Dəmirspor"u çalışdırıb.

 

"Çelik" çempionatda 19 turdan sonra 12 komanda arasında 16 xalla 11-cidir.

 

Xəbər xətti