"Qalatasaray"dan "Lion"a keçə bilər

17:17 - 17 Dekabr 2019

Türkiyənin "Qalatasaray" klubunda əsas heyətdən uzaqlaşdırılan Stiven Nzonzini karyerasını Fransada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Lion" İstanbul klubunun fransalı futbolçu ilə yolları ayıracağı halda, "Roma" ilə danışıqlara başlayacaq.

 

"Qalatasaray" 31 yaşlı yarımmüdafiəçini yayda "Roma"dan bir illik icarəyə götürüb. Qışda Fransa millisinin üzvü ilə yolların ayrılacağı gözlənilir.

Xəbər xətti