“Kəpəz”in məşqində Xocalı faciəsi anılıb

16:51 - 26 Fevral 2020

Bu gün “Kəpəz”in məşqindən öncə 26 fevral Xocalı faciəsi yad olunub.

 

Sportal.az xəbər verir ki, komanda üzvləri soyqırım nəticəsində həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar. Baş məşqçi Yaşar Vahabzadə faciə haqda danışarkən, Xocalının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu bildirib.

 

O, 28 il öncə yaşanan hadisələrin ermənilərin insanlığa qarşı törədilmiş vəhşi cinayət kimi yadda qaldığını vurğulayıb. Bu səbəbdən də Xocalı qətliamının XX əsrin faciəsi adlandırıldığını qeyd edib.

 

Image may contain: one or more people, sky, grass, outdoor and nature

Image may contain: 3 people, people standing, grass, sky, outdoor and natureImage may contain: 5 people, people standing, grass and outdoor

Xəbər xətti