"Çelsi"nin futbolçusu Villian mövsümün sonunda komandadan ayrıla biləcəyini deyib.
Sportal.az xəbər verir ki, braziliyalı vinger "Fox Sports"a açıqlamasında mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmaq barədə düşünmədiyini bildirib:
"Çelsi"də möhtəşəm işlər gördüm. Azarkeşlərin dəstəyi sayəsində özümü hər zaman özəl hiss etmişəm. Müqaviləmin mövsümün sonunda bitəcəyini hər kəs bilir. Sazişimi uzatmağın çətin olacağını söyləyə bilərəm".
31 yaşlı futbolçu "Çelsi"də 2 illik müqavilə təklifi aldığını söyləyib:
"Nələr olacağını bilmirik. Anidən klubla anlaşa bilərəm. Ancaq müqaviləm bitəcəyi üçün başqa klublarla danışıq aparacağam. DÇ-2018-dən sonra "Barselona"dan təklif almışdım, amma "Çelsi" məni göndərmək istəmədi. Avropada daha bir neçə il oynamaq gücüm var".
Braziliya millisinin üzvü 2013-cü ildən "Çelsi"də çıxış edir. "Korintians"ın yetirməsi daha öncə "Şaxtyor" (Donetsk) və "Anji"də oynayıb.
saytlarin hazirlanmasi