"Liverpul"dan onlayn məşqə gecikən futbolçulara pul cəzası

11:55 - 15 Aprel 2020

"Liverpul" onlayn məşqə gecikən futbolçuları cəzalandıracaq.

 

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yürgen Klopp məlumat verib: "Onlayn hazırlığın bu qədər xoşuma gələcəyini bilməzdim. Gecikənlər pul cəriməsi ödəyəcək. Bu vəziyyətə düşməyimizin ən yaxşı tərəfi indiki dövrdə texniki imkanların əla olmasıdır".

 

İngiltərə Premyer Liqası koronavirus pandemiyasına görə apreldən sonra bərpa edilə bilər. Premyer Liqanın başa çatmağına 9 tur qalıb. Çempionatın turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir.

 

Xəbər xətti