Bu gün Super Liqa bərpa olunacaq

11:17 - 12 İyun 2020

Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Türkiyə Super Liqası bu gün bərpa olunacaq.

 

Sportal.az xəbər verir ki, çempionatın XXVII turuna “Fənərbaxça” - "Kayserispor” və “Göztəpə” - “Trabzonspor” matçı ilə start veriləcək.

 

Turun digər qarşılaşmaları iyunun 13-15-də baş tutacaq.

 

Çempionatın turnir cədvəlinə 53 xalla “Trabzonspor” başçılıq edir. Eyni xala malik “Başakşəhər” ikincidir. “Qalatasaray” 50 xalla üçüncü, “Sivasspor” isə 49 xalla dördüncü pillə qərarlaşıblar.

Xəbər xətti