"Beşiktaş" Super Liqada Kariusu 19 yaşlı qapıçı ilə əvəzləyəcək

11:40 - 12 İyun 2020

Almaniyalı qapıçı Loris Kariusun "Beşiktaş"dan ayrılmasından sonra komandanın əsas çərçivə qoruyucusu müəyyənləşib.

 

Sportal.az "NTV Spor"a istinadla xəbər verir ki, İstanbul təmsilçisinin qapısını Ərsin Dastanoğlu qoruyacaq. Komandanın baş məşqçisi Sərgən Yalçın Super Liqanın 27-ci turunda "Antalyaspor"la oyunda 19 yaşlı qapıçını əsas heyətdə meydana buraxmağa qərar verib.

 

"Qara qartallar"ın əsas qapıçısı Loris Karius çempionata fasilə verilən müddətdə klubla müqaviləsini ləğv etmişdi.

Xəbər xətti