"Trabzonspor"un İzmir zəfəri - VİDEO

00:28 - 13 İyun 2020

Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Türkiyə Super Liqası bu gün bərpa edilib.

 

Sportal.az xəbər verir ki, “Trabzonspor” İzmirdə "Göztəpə"ni 3:1 hesabı ilə məğlub edib.

 

Çempionatın turnir cədvəlinə 56 xalla “Trabzonspor” başçılıq edir. 53 xalı olan “Başakşəhər” ikincidir. “Qalatasaray” 50 xalla üçüncü, “Sivasspor” isə 49 xalla dördüncü pillə qərarlaşıblar. "Göztəpə" 37 xalla 8-cidir.

 

"Göztəpə" - "Trabzonspor" - 1:3

Qollar: Alparslan Öztürk, 57 (pen.) - Entoni Nvakaeme, 16, Çaleb Ekuban, 52 (pen.), Berkan Emir, 84 (avtoqol)
Qırmızı vərəqə: Qilyerme ("Trabzonspor")

 

 

 

Xəbər xətti