"Qarabağ"ın keçmiş futbolçusu "Koritiba"nın hədəfində

10:15 - 15 İyun 2020

"Kayserispor"un futbolçusu Pedri Enrike karyerasını Braziliyanın "Koritiba" klubunda davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, A Seriya təmsilçisi 30 yaşlı vingeri icarə əsasında heyətinə cəlb etmək istəyir. Kuritiba təmsilçisinin braziliyalı futbolçu üçün təklif göndərəcəyi gözlənilir.

 

Pedronun Türkiyə klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Enrike bu mövsüm Super Liqa təmsilçisində 22 oyun keçirib və 8 qol vurub.

 

Pedro 2017/2018 mövsümündə PAOK-dan "Qarabağ"a icarə əsasında keçmişdi.

Xəbər xətti