"Qalatasaray"da Muslera şoku - ayağında iki qırıq aşkarlandı

10:38 - 15 İyun 2020

“Qalatasaray”ın qapıçısı Fernando Muslera Türkiyə Super Liqasının 27-ci turunda səfərdə “Rizəspor”la oyunda rəqib futbolçu Milan Şkoda ilə toqquşaraq iki yerdən ayağını sındırıb.

 

Sportal.az xəbər verir ki, 15-ci dəqiqədə zədələnən uruqvaylı qolkiper dərhal xəstəxanaya aparılıb. Ayağında iki qırıq aşkarlanan 33 yaşlı qapıçı ən azı 6 ay yaşıl meydanlardan kənar qalacaq.

 

“Qalatasaray” qarşılaşmada 0:2 hesabı ilə məğlub olub.

Xəbər xətti