"Qalatasaray"ın hücumçusu mövsümü erkən bitirdi

13:13 - 15 İyun 2020

“Qalatasaray”ın futbolçusu Flron Andone mövsümün qalan oyunlarında meydana çıxmayacaq.

 

Sportal.az xəbər verir ki, Super Liqanın 27-ci turunda “Rizəspor”la oyunda zədələnən rumıniyalı futbolçunun durumu ciddidir.

 

27 yaşlı futbolçunun mövsümün sonuna qədər oynamayacağı müəyyənləşib. "Sarı-qırmızılar" Andoneni mövsümün əvvəlində İngiltərənin "Brayton" klubundan icarəyə götürüb.

 

“Qalatasaray”ın “Rizəspor”a məğlub olduğu matçda (0:2) qapıçısı Fernando Muslera da zədələnib. Ayağında iki sını aşkarlanan 33 yaşlı uruqvaylı qapıçının ən azı 6 ay oynamayacağı bildirilir.

Xəbər xətti