"Qalatasaray" Musleranın müqaviləsini uzadır

13:45 - 16 İyun 2020

"Qalatasaray" qapıçısı Fernando Muslera ilə yeni müqavilə bağlayacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Abdurrahim Albayrak məlumat verib. O bildirib ki, 34 yaşlı qapıçı ilə daha iki illik müqavilə imzalanacaq.

 

Albayrak zədə səbəbindən ən azı 6 ay yaşıl meydanlardan kənar qalacaq qapıçının maaşlarını almağa davam edəcəyini söyləyib.

 

Uruqvaylı qapıçı Türkiyə Super Liqasının 27-ci turunda "Rizəspor"la matçda zədələnib. Onun ayağında iki qırıq aşkarlanıb.

 

Təcrübəli qapıçı 2011-ci ildə "Latsio"dan "Qalatasaray"a keçib.

Xəbər xətti