"Trabzonspor"u finala yüksəldən qələbə - VİDEO

10:54 - 17 İyun 2020

Türkiyə kubokunun ilk finalçısı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə "Fənərbaxça" evdə "Trabzonspor"a 1:3 hesabı ilə uduzub. İlk matçda 2:1 hesablı qələbə qazanan Trabzon təmsilçisi həlledici oyuna vəsiqə qazanıb.

 

"Trabzonspor" finalda “Alanyaspor” - “Antalyaspor” cütlüyünün qalibi ilə qarşılaşacaq.

 

"Fənərbaxça" - "Trabzonspor" - 1:3

Qollar: Dəniz Türüç, 42 - Aleksandr Sörlott, 6, 83, Filip Novak, 90+4

 

Xəbər xətti