Kruzenin "Fənərbaxça"dan ayrılmasının səbəbi müəyyənləşdi

16:40 - 19 İyun 2020

"Fənərbaxça"nın futbolçusu Maks Kruze komandadan ayrılmasının səbəbi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, almaniyalı hücumçu İstanbul təmsilçisindən 3 ay maaş almadığı üçün sözləşməsini təktərəfli pozub.

 

Bundan əlavə, 32 yaşlı futbolçunun komandanın kapitanı Əmrə Belözoğlu ilə problem yaşadığı Türkiyə mətbuatında qeyd edilib. Kruze təcrübəli oyunçuya "Trabzonspor"a uduzduqları kubok matçında "Sən futbolçusan, yoxsa idman direktoru?", - deyərək sərt reaksiya verib.

 

Almaniya millisinin üzvü 2019-cu ildə "Verder"dən "Fənərbaxça"ya keçib. O, Super Liqada 20 oyun keçirib, 7 qol vurub və 6 assist edib.

Xəbər xətti