Türkiyə klubunun baş məşqçisi açıqlamasına görə istefaya göndərildi

18:38 - 23 İyun 2020

Türkiyənin "Ankaragücü" klubu baş məşqçisi Mustafa Rəşid Akçayla yollarını ayırıb.
 
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisinin prezidenti Fatih Mert bu barədə məlumat verib: "Baş məşqçimiz Mustafa Rəşid Akçayla daha öncə "Trabzonspor"la bağlı səsləndirdiyi fikirlərə görə yolları ayırdıq. Klubumuz və onun adına söz-söhbət yaranmaması üçün bu addımı atdıq".

 
61 yaşlı mütəxəssis bir müddət öncə "Trabzonspor"un Super Liqanın qalibi olmasını istədiyini demişdi.  "Ankaragücü" çempionatın 29-cu turunda "Trabzonspor"un qonağı olacaq.

 

Akçay 2020-ci il yanvarından "Ankaragücü"nü çalışdırırdı.

Xəbər xətti