"Fənərbaxça" heyəti dəyişir

12:12 - 21 İyul 2020

Türkiyə Super Liqasında mövsümü 7-ci pillədə başa vuracağı dəqiqləşən "Fənərbaxça" heyətdə ciddi dəyişikliklər edəcək.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin kapitanı Əmrə Bəlözoğlu karyerasını başa vuracaq və klubun idman direktoru olacaq.

 

Klub Sloveniyalı Mixa Zayts və braziliyalı Jailsonla yollarını ayrımağa qərar verib. Qarri Rodriqes və Nabil Dirar komandada qalmaq istməsə, onların yolu kəsilməyəcək. İcarədə qayıdacaq Zanka və Mixael Freyə klub tapmaları tapşırılacaq.

 

Luis Qustavo və Vedat Muriçə yaxşı təklif gəlsə, klub oyunçuları satmağı düşünə bilər. Müqavilələri başa çatan Mehmet Ekici və Hasan Ali Kaldırıma yeni sözləşmələr təklif edilməyəcək.

 

Bundan əlavə, komandadan başqa futbolçular da göndəriləcək.

Xəbər xətti