Boatenq "Beşiktaş"dan ayrıldı

16:30 - 24 İyul 2020

"Beşiktaş" qış fasiləsində "Fiorentina"dan icarəyə götürdü Kevin-Prins Boatenqlə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, qanalı hücumçu komanda yoldaşları ilə vidalaşıb və İstanbulu tərk edib. O, müqavilə ilə məxsus olduğu Florensiya təmsilçisinə qayıdıb.

 

33 yaşlı futbolçu İstanbul təmsilçisində yarım mövsüm ərzində 300 min avro maaş alıb. Təcrübəli futbolçu 11 oyunda 3 qol vurub. Boatenqin "Fiorentina" ilə müqaviləsi 2021-ci il iyunun 30-da başa çatacaq.

Xəbər xətti