"Qalatasaray"da portuqaliyalı qapıçı

11:22 - 27 İyul 2020

"Qalatasaray" "Göztəpə"dən ayrılan portuqaliyalı qapıçı Betu ilə anlaşıb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı qapıçı ilə 1 illik müqavilə şərtlərində razılıq əldə edilib.

 

Portuqaliya millisinin keçmiş üzvü 2017-ci ildən "Göztəpə"də çıxış edirdi. "Sportinq"in yetirməsi "Portu", "Braqa", ÇFR (Kluj), "Sevilya" kimi klublarda çıxış edib.

Xəbər xətti