"Qalatasaray" milli üzvü ilə razılığa gəldi

00:51 - 28 İyul 2020

"Qalatasaray" "Sivasspor"dan ayrılan türkiyəli futbolçu Əmrə Kılınçla anlaşıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı vingerlə 4 illik razılığa gəlib.

 

"Boluspor"un yetirməsi 2 dəfə Türkiyə millisində oynayıb. Əmrə ötən mövsüm Super Liqada keçirdiyi 28 oyunda 8 qol vurub, 5 assist edib.

Xəbər xətti