Qurban Qurbanovun imtina etdiyi komandada yeni baş məşqçi

12:16 - 28 İyul 2020

Türkiyə Super Liqasına vəsiqə qazanan “Hatayspor”un yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, debütantı bundan sonra Ömər Ərdoğan çalışdıracaq. 43 yaşlı mütəxəssisin təyinatı tezliklə açıqlanacaq.

 

“Hatayspor” “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovu baş məşqçi vəzifəsinə gətirmək üçün danışıqlar aparsa da, 48 yaşlı mütəxəssis bu dəvəti qəbul etməmişdi.

Xəbər xətti