"Beşiktaş" konqolu futbolçu ilə anlaşdı

23:44 - 30 İyul 2020

"Beşiktaş" heyətinə yeni oyunçu qatıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Alanyaspor"la müqaviləsi başa çatan Fabris Nsakala ilə anlaşıb. 30 yaşlı sol cinah müdafiəçisi "ağ-qaralar"la 2 illik razılığa gəlib.

 

Konqo Demokratik Respublikası millisinin üzvü illik 800 min avro maaş alacaq.

 

Nsakala 2017-ci ildən "Alanyaspor"da çıxış edirdi. O, daha öncə "Trua" və "Anderlext" klublarında oynayıb. Fabris bu mövsüm 35 oyunda 4 assist edib.

Xəbər xətti