UEFA Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələsinin oyunlarından sonra futbolçuların sarı vərəqələrini ləğv edəcək.
Sportal.az xəbər verir ki, bu barədə qitə futbol qurumu məlumat yayıb.
2020/21 mövsümündə də təsnifat mərhələlərindəki sarı vərəqələr qrup mərhələsinə, qrup mərhələsindəki sarı vərəqələr isə pley-offa təsir etməyəcək.
Bundan əlavə, UEFA qarşılaşmanın keçiriləcəyi məkanda koronavirus təhlükəsinin ciddi olacağı təqdirdə, matçın başqa ölkədə keçirilməsinin problem olmayacağını açıqlayıb.
Komandalarda koronavirusa kütləvi yoluxma halı qeydə alınmasa, oyun təxirə salınmayacaq. Əsas komandada 13 futbolçu oyuna hazır olarsa, matç keçiriləcək. Əgər bu say aşağı olarsa, UEFA görüşü təxirə salacaq.
Əgər hakimlərdən biri və ya bir neçəsi koronavirusa yoluxsa, onları matçın keçiriləcəyi ölkənin FIFA dərəcəli referisi əvəzləyə bilər.
saytlarin hazirlanmasi