Prosineçkinin yeni iş yeri müəyyənləşdi

17:17 - 7 Avqust 2020

“Kayserispor”dan ayrılan Robert Prosineçki karyerasını Türkiyənin digər klubu "Dənizlispor"da davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Super Liqa təmsilçisi ilə 2 illik razılığa gəlib. Rəsmi açıqlamanın tezliklə olacağı gözlənilir.

 

Xorvatiyalı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.

 

Xəbər xətti