Şakiri də "Qarabağ"ı favorit sayır: "Bakıda oynamaq "Sileks" üçün mənfi amildir"

10:49 - 10 Avqust 2020

"Qarabağ"ın keçmiş futbolçusu Artim Şakiri Ağdam klubunun ÇL-nin I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubuna rəqib olması barədə danışıb.

 

Sportal.az xəbər verir ki, 46 yaşlı veteran yarımmüdafiəçi "Qarabağ"ın qələbə qazanacağını söyləyib:

 

"Təsnifat mərhələsi bir oyundan ibarətdir və buna görə bəzi komandalar üçün mütləq çətin qarşılaşmalar olacaq. Ancaq düşünürəm ki, "Qarabağ" "Sileks"ə qalib gələcək. Qarşılaşma Bakıda keçiriləcək, bu da "Sileks" üçün məfi amildir. Hər halda, "Qarabağ" böyük və favoritdir, amma futbolda sürprizlər çoxdur" (azerisport).

 

Şimali Makedoniya millisinin keçmiş üzvü olan Albaniya əsilli futbolçu 2008-2009-cu illərdə "Qarabağ"da oynayıb.

Xəbər xətti