Robert Prosineçkinin yeni iş yeri açıqlandı - rəsmi

22:33 - 10 Avqust 2020

“Kayserispor”dan ayrılan Robert Prosineçki karyerasını Türkiyənin digər klubu "Dənizlispor"da davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Super Liqa təmsilçisi ilə 2 illik razılığa gəlib. Klub yeni baş məşqçini avqustun 14-ü ictimaiyyətə təqdim edəcəyini açıqlayıb.

 

Xorvatiyalı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.

Xəbər xətti