UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində "Linfild"lə oyun öncəsi iki futbolçusu koronavirusa yoluxan "Drita"ya texniki məğlubiyyət verib.
Sportal.az xəbər verir ki, Kosovo təmsilçisi Şimali İrlandiya klubunu avqustun 11-də qəbul etməli idi. Lakin meydan sahiblərinin iki futbolçusunda Covid-19 aşkarlandığı üçün komanda karantinə alınmışdı.
UEFA açıqlamasında "Drita"ya 0:3 hesablı texniki məğlubiyyət verildiyini və "Linfild"in I təsnifat mərhələsinə yüksəldiyini qeyd edib.
"Linfild" I təsnifat mərhələsində Polşa çempionu "Legiya" ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi