Sosa "Fənərbaxça"nı seçdi

10:55 - 14 Avqust 2020

"Fənərbaxça" növbəti transferini bitirmək üzrədir.

 

Sportal.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Trabzonspor"la müqaviləsi başa çatan Xose Sosanı rənglərinə bağlayacaq. "Sarı-lacıvərdli" klubun 2+1 illik müqavilə təklifini qəbul edən argentinalı yarımmüdafiəçi tezliklə İstanbula yollanacaq.

 

35 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 42 oyunda 10 qol vurub, 12 məhsuldar ötürmə edib.

Xəbər xətti