"Qalatasaray" Donku saxladı

15:15 - 15 Avqust 2020

"Qalatasaray"da yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi niderlandlı futbolçu Rayan Donkun sözləşməsini bir il uzadıb. O, məvacibinin 40 faiz azaldılmasına razılıq verib. 34 yaşlı yarımmüdafiəçinin illik maaşı 515 min 750 avro olacaq.

 

Donk 2016-cı ildən İstanbul klubunda çıxış edir. Təcrübəli futbolçu ötən mövsüm keçirdiyi 38 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti