Bu gün Çempionlar Liqasında 2020/21 mövsümündə I təsnifat mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" Şimali Makedoniyanın "Sileks" klubunu 4:0 hesabı ilə məğlub edərək, II raunda yüksəlib.
"Seltik" "Reykyavik"i, "Srvena Zvezda" "Evropa"nı, "Legiya" isə "Linfild"i mübarizəzdən kənarlaşdırıb. Qazaxıstan təmsilçisi "Astana" Belarusda "Dinamo" (Brest) ilə qarşılaşıb və 3:6 hesabı ilə uduzaraq, yarışdan kənar qalıb.
Mərhələnin digər oyunları bu gün keçiriləcək.
Çempionlar Liqası, 2020/21 mövsümü, 1-ci təsnifat mərhələsi
"Qarabağ" (Azərbaycan) – "Sileks" (Şimali Makedoniya) - 4:0
Qollar: Xayme Romero, 11, Donald Gerye, 40, 51, Mahir Emreli, 80
"Legiya" (Polşa) – "Linfild" (Şimali İrlandiya) - 1:0
Qol: Joze Kante, 82
Qırmızı vərəqə: Kirk Miller, 75 ("Linfild")
"Dinamo" (Brest, Belarus) – "Astana" (Qazaxıstan) - 6:3
Qollar: Mixail Qordeyçuk, 16, 22, Kiril Peçenin, 17, Pavel Sedko, 37, Abdulaye Diallo, 55, 90 - Marin Tomasov, 45, Dorin Rotariu, 53, Abzal Beysebekov, 87
"Seltik" (Şotlandiya) – "Reykyavik" (İslandiya) - 6:0
Qollar: Məhəmməd Əlyunussi, 6, 90, Odsonn Eduar, 17, 72, Kristofer Julien, 31, Qreq Teylor, 46,
"Srvena Zvezda" (Serbiya) – "Evropa" (Cəbəllütariq) - 5:0
Qollar: El Fardu Ben Nahuane, 35, 44, 52, Mirko İvanoviç, 78, 87.
saytlarin hazirlanmasi