“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki matçının vaxtı və təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq "Qarabağ"ın matçı avqustun 26-da baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun start fiti 20:00-da səslənəcək.

 

Matçı isə qazaxıstanlı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Furkat Atacanov olacaq. Ona Sergey Kalaçyov və Darhan Tuleqenov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Qriqori Moskovçenko yerinə yetirəcək.