Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Sportal.az xəbər verir ki, Lissabondakı "Joze Alvalade" stadionunda "Lion"u 3:0 hesabı ilə məğlub edən "Bayern" həlledici oyuna yüksəlib.
Münhen təmsilçisi finalda PSJ ilə qarşılaşacaq. Qarşılaşma avqustun 23-ü Bakı vaxtı ilə 23:00-da start götürəcək.
“Lion” (Fransa) – “Bayern” (Almaniya) - 0:3
Qollar: Serj Qnabri, 18, 33, Robert Levandovski, 88
saytlarin hazirlanmasi