Çempionlar Liqasında I təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, evdə Lüksemburqun "Fola Eş" klubunu 2:0 hesabı ilə məğlub edən Moldova təmsilçisi "Şerif" növbəti mərhələyə yüksəlib.

 

Tiraspol klubu 2-ci raundda Ağdamın "Qarabağ" komandasına rəqib olub.

 

“Şerif” (Moldova) - "Fola Eş" (Lüksemburq) - 2:0

Qollar: Anatole Abanq, 36, Andrey Lukiç, 80