"Şerif" Bakıya səfər öncəsi koronavirus testindən keçdi

17:49 - 24 Avqust 2020

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın qonağı olacaq Moldovanın "Şerif" klubu sabah çarter reysi ilə Bakıya gələcək.

 

Sportal.az xəbər verir ki, Moldova təmsilçisi səfər öncəsi koronavirus testindən keçib. Tiraspol klubunda bütün testlərin nəticəsi mənfi çıxıb.

 

Avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da start götürəcək.

Xəbər xətti