"Qarabağ" - "Şerif": oyun ukraynalı hakimə tapşırıldı

11:58 - 25 Avqust 2020

Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Şerif" oyunun hakimləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanı ukraynalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Nikolay Balakin olacaq. Ona yerliləri - Viktor Matyaş və Sergey Pristupa kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andrey Kovalenko yerinə yetirəcək.

 

Çempionlar Liqası, II təsnifat mərhələsi
26 avqust


20:00 Qarabağ Ağdam (Azərbaycan) - Şerif Tiraspol (Moldova)
Baş hakim
: Nikolay Balakin
Köməkçi hakimlər: Viktor Matyaş, Sergey Pristupa
Dördüncü hakim: Andrey Kovalenko (hamısı Ukrayna)
Hakim-inspektor: Mixal Beneş (Çex Respublikası)
UEFA nümayəndəsi: Aleksandr Aleynik (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Xəbər xətti