UEFA daha iki kluba texniki məğlubiyyət verdi

12:12 - 25 Avqust 2020

UEFA Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələsinin oyunlarında daha iki texniki məğlubiyyət verib.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Farer adalarının “Klaksvik” klubu ilə oyuna çıxa bilməyən Slovakiyanın “Slovan” komandasına 0:3 hesablı məğlubiyyət verilib.

 

Slovakiya klubunun oyundan öncə bir futbolçu və fizioterapevtində Covid-19 aşkarlanmışdı. Bu səbəbdən oyun avqustun 21-nə təxirə salınmışdı. Oyuna əvəzedici heyətlə gələn Bratislava təmsilçisinin gənc oyunçularında da koronavirus tapıldığı üçün UEFA kluba texniki məğlubiyyət verib.

 

II mərhələyə adlayan “Klaksvik” İsveçrənin “Yanq Boyz” klubuna rəqib olub.

 

Avropa Liqasının ilkin mərhələsində Kosovonun “Priştina” klubu texniki məğlubiyyət alıb. Komandanın Cəbəllütariqin “Linkoln Red İmps” klubu ilə oyundan pncə 8 futbolçusunda koronavirus tapılmışdı. Bu səbəbdən UEFA kosovolulara texniki məğlubiyyət verib.

 

UEFA bundan əvvəl Çempionlar Liqasında Kosovonun digər təmsilçisi  “Drita”ya texniki məğlubiyyət vermişdi.

Xəbər xətti