Super kubok oyununa azarkeşlər buraxılacaq - UEFA açıqladı

17:50 - 25 Avqust 2020

UEFA Super kubokunun "Sevilya" - "Bayern" matçına azarkeşlər də buraxılacaq.

 

Sportal.az xəbər verir ki, qitə qurumu sentyabrın 24-ü Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək oyunda tribunaların 30 faizinin doldurulacağını bəyan edib.

 

Açıqlamada UEFA-nın bayrağı altında keçirilən digər matçların növbət qərara qədər hələ ki azarkeşsiz keçiriləcəyi vurğulanıb.

Xəbər xətti