"Beşiktaş" Çempionlar Liqası ilə vidalaşdı, "Srvena Zvezda" 3-cü mərhələdə

23:56 - 25 Avqust 2020

Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.

 

Albaniya təmsilçisi "Tirana" evdə Serbiyanın "Srvena Zvezda" klubunu qəbul edib və 0:1 hesabı ilə uduzub. Belqrad təmsilçisi qələbə sayəsində III mərhələdə adlayıb. 

 

Digər matçda isə Türkiyənin "Beşiktaş" klubu səfərdə Yunanıstanın PAOK klubuna 1:3 hesabı ilə məğlub olub və mübarizəni erkən başa vurub. İstanbul təmsilçisi çıxışını Avropa Liqasında davam etdirəcək. Saloniki klubu ilə III mərhələdə yüksəlib.

 

Çempionlar Liqası, II təsnifat mərhələsi

25 avqust
 
"Tirana" (Albaniya) - "Srvena Zvezda" (Serbiya) - 0:1

Qol: Tomane, 62

 

PAOK (Yunanıstan) - "Beşiktaş" (Türkiyə) - 3:1

Qollar: Kristos Solis, 7, 24, Dimitrios Pelkas, 30 - Kayl Larin, 37

Qeyri-dəqiq penalti: Çuba Akpom, 41 (PAOK).

Xəbər xətti